Baş həkim – Məmmədov Səməd Əhəd oğlu.
15.01.1957-ci il tarixdə Quba rayonunun Qonağkənd qəsəbəsində, ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Quba şəhər 2 saylı orta məktəbə daxil olub 1974-cü ildə bitirmişdir. Elə həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə Prifilaktika fakültəsinə daxil olub 1980-cı ildə həmin fakültəni bitirərək həkim ixtisasına yiyələnmişdir. 1981-ci ildə Bakı şəhəri Suraxanı rayonu Birləşmiş Xəstəxanasında internatura keçmişdir. 1981-ci ildən 1984-cü ilədək Quba rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim, sonra baş həkim vəzifəsində işləmişdir. 1987-1997-ci illərdəQuba MRX-nın Anestsziologiya və Reanimasiya şöbəsində həkim-reanimatoloq, 1997-ci ildən 2010-cu ilədək Quba MRX baş həkiminin müavini vəzifəsində işləmişdir. 2010-cu ildən hal-hazıra kimi Quba Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində işləyir. Ailəlidir, 3 övladı var.
