Prezident İlham Əliyev sentyabrın 18-də Qubada Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldu.Məlumat verildi ki, təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə 150 həkim və orta tibb işçiləri işlə təmin olunmuşdur.Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostikası şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir.İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır. Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir.Dörd bölmədən ibarət əməliyyat bloku, reanimasiya və anesteziologiya şöbələri üçüncü mərtəbədədir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir.Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar vardır.Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın istehsalı olan ən müasir tibb avadanlığı quraşdırılmışdır.Mərkəzin ərazisində qazanxana, su anbarı, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilmişdir.Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zonası salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzə gələn yola asfalt döşənmişdir.
-
Koronavirusla Mübarizəkoronavirusinfo.az
-
Tibbi Şöbələr
-
Tibbi Xəbərlər
-